Qadınlardan ibarət voleybol klubu "AzərReyl"in oktyabrın 18-də start veriləcək çempionlar liqasına son hazırlıq mərhələsi Bakıda keçiriləcək.
Trend in xəbər verdiyi kimi, komanda belə məsuliyyətli yarış qabağı Moskvada məşq oyunlarından imtina edib. Faiq Qarayevin rəhbərlik etdiyi məşqçi ştabı hesab edir ki, Xorvatiyada Avropa Çempionatı və Qubada Qran-Pri seçmə turnirində voleybolçuların əldə etdiyi oyun təcrübəsi Avropa kubokna hazırlıq üçün kifayətdir.
Xatırladaq ki, "AzərReyl" çempionlar liqasını İstambulun "Vaqifbankın Güşeşi" komandasına qarşı oyunla açacaq. "B" yarımqrupunda yığmamız, həmçinin, Polşanın "Kalitsiya", Perucanın "Pallavolo Sirio", 2003-cü il kubokunun sahibi "Tenerife" ilə də qarşılaşacaq.