...

OLQA KAPRANOVA DÜNYA ÇEMPİONATININ ÇOXNÖVÇÜLÜK ÜZRƏ QALİBİ OLDU

Cəmiyyət Materials 9 Oktyabr 2005 18:03 (UTC +04:00)
OLQA KAPRANOVA DÜNYA ÇEMPİONATININ ÇOXNÖVÇÜLÜK ÜZRƏ QALİBİ OLDU

Rusiya gimnastı Olqa Kapranova Bakıdakı özünün 4-cü "qızıl"ını qazanaraq.dünya çempionatında çoxnövçülük üzrə qalib oldu.

Trend in məlumatına görə, əvvəlcə çoxnövlülük üzrə liderliyi proqramı çox gözəl açan ukraynalı Anna Bessonova ələ keçirmişdi. O zaman O.Kapranova lentlərlə tapşırığı icra edərkən əşyanı iki dəfə əlindən salmaqla ondan geri qalmışdı. Həmçinin, rusiyalı İrina Çaşina da qələbə uğrunda mübarizə apara bilərdi, lakin yuxarıda adı çəkilən ustalara daha çox üstünlük verildi. Nəticədə, qələbəni bayram etmək məhz O.Kapranovaya nəsib oldu. A.Bessonova ikinci, İ.Çaşina isə üçüncü yerə çıxdı.

Azərbaycanlı idmançılara gəlincə isə, daha yaxşı nəticəni Anna Qurbanova nümayiş etdirdi. O,topla, lentlə, iplə, gürzlərlə tapşırığı yerinə yetirərək 58.575 ba toplaya bilib. Yarışda 9-cu yeri tutan Dinarə Gimatova öz komanda rəfiqəsindən 525 bal geri qalıb.

Mətbuat konfransında O.Kapranova bildirib ki, yarışın əvvəlində çempiontın mümkün yekunları barə düşünməyib və qələbə qazandığı üçün çox şaddır. İ.Çaşina isə etiraf edib ki, əgər onun istirahət üçün kifayət qədər vaxtı olsa idi, daha uğurla çıxış edə bilərdi.

Yeri gəlmişkən, "Longines" şirkətindən "Miss Zəriflik" mükafatına dünya çempionatının bürüc mükafatçı İrina Çaşina layiq görülüb.

Xəbər lenti

Xəbər lenti