...

RAMİL USUBOV: "JURNALİSTLƏRİN DÖYÜLMƏSİ BARƏDƏ BİZƏ MƏLUMAT DAXİL OLMAYIB"

Cəmiyyət Materials 10 Oktyabr 2005 15:28 (UTC +04:00)

"Oktyabrın 9-da qanunsuz aksiyanın qarşısı polis tərəfindən alınarkən jurnalistlərin döyülməsi barədə bizə məlumat daxil olmayıb". Bu barədə jurnalistlərə Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubov bildirib.

R.Usubov: "Məndə olan məlumata görə, bir nəfər jurnalist tıxac zamanı xəsarət alıb, ona da lazımi yardım göstərilib".

Bundan əlavə, nazir söyləyib ki, polisin seçki prosesinə müdaxilə etməsi barədə yayılan məlumatlar da həqiqətə uyğun deyil. "Belə məlumatlar seçki üçün yaradılmış şəffaf mühitə kölgə salmaq üçün yayılır. Əvvəllər də demişik, seçkiyə kənar müdaxilədən söhbət gedə bilməz. Belə hallarda müvafiq qurumlar müdaxilənin qarşısını almalıdır. Polis seçki prosesinə mane olmamalıdır və ola da bilməz. Konkret fakt varsa, müraciət etsinlər, biz də araşdıraq".

Xəbər lenti

Xəbər lenti