...

ÇEMPİONLAR LİQASI ƏRƏFƏSİNDƏ "AZERREYL" GURULTULU TRANSFERLƏR HƏYATA KEÇİRMƏYƏCƏK

Cəmiyyət Materials 10 Oktyabr 2005 17:25 (UTC +04:00)

"AzərReyl" qadın voleybol klubunun tərkibində çempionlar Liqası ərəfəsində köklü dəyişiklik baş verməyəcək.

Milli Federasiyanın mətbuat xidmətinin rəhbəri Zöhrab Gözəlbəylinin Trend ə verdiyi məlumata görə, komandanın rəhbərliyi yaxın vaxtlarda gurultulu transferlər etmək fikrində deyil. Bu zaman Z.Gözəlbəyli etiraf edib ki, ötən mövsümün sonunda "AzərReyl" bir neçə aparıcı voleybolçununun alınması barədə düşünüb, sonra yerli oyunçulara üstünlük vermək qərarına gəlib.

"AzərReyl"in qarşıdakı Çempionlar Liqasında oyununa toxunan mətbuat xidmətinin rəhbəri bildirib ki, dörddəbir finala çıxması komanda üçün böyük uğur olardı. Həm də turnirin reqlamenti kollektiv üçün geniş imkanlar açır. Belə ki, pleyy-off mərhələsinə hər qrupdan 3 qrup çıxır

Xəbər lenti

Xəbər lenti