...

AZƏRBAYCANIN EKOLOGİYA NAZİRLİYİ BİR AY MÜDDƏTİNƏ QUŞ OVUNU QADAĞAN EDİB

Cəmiyyət Materials 11 Oktyabr 2005 16:37 (UTC +04:00)

Azərbaycanın Ekologiya və Təbii ehtiyatlar Nazirliyinin əmri ilə oktyabrın 11-dən 1 ay müddətinə ölkədə quş ovuna qadağa qoyulub. Nazirlikdən Trend ə veriloən məlumata görə, bunu etməkdə məqsəd Cənub-Şərqi Asiya ölkələrində, o cümlədən, Rusiya və Qazaxıstanda "quş qripi"nin yayılması ilə əlaqədar köçəri vəhşi quşlarda qan analizinin aparılmasıdır. Nazirlik profilaktik tədbirlər çərçivəsində quşların seroterapiyasını və Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq laboratoriyalarında qan analizləri aparmaq niyyətindədir.

Nazirlik müvafiq idarələrə quş ovuna icazə verilməsini dayandırılması, əhali arasında təbliğat işlərinin aparılması, respublikada, xüsusilə də köçəri vəhşi quşların olduğu yerlərdə qeyri-leqal ovçuluğa qarşı mübarizə aparılması tapşırıb.

Ekologiya Nazirliyi həmçinin, Daxili İşlər və Vergilər Nazirliklərinə rəsmən müraciət edərək bazarlarda qanunsuz ovlanmış quşların satışının ləğvi istiqamətində təcili tədbirlər görməyi tapşırmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti