...

ƏLİ İNSANOV: "AZƏRBAYCANDA QUŞ QRİPİ TƏHLÜKƏSİ YOXDUR"

Cəmiyyət Materials 11 Oktyabr 2005 17:56 (UTC +04:00)

"Azərbaycana hansısa bir ölkədən quş qripinin gəlmə təhlükəsi yoxdur". Trend xəbər verir ki, bu barədə jurnalistlərə səhiyyə naziri Əli İnsanov bildirib.

Nazirin sözlərinə görə, quş qripi çox təhlükəli bir xəstəlikdir və onun qarşısını asanlıqla almaq qeyri-mümkündür: "Bu xəstəlik bir ölkə ərazisindən digər ölkə ərazisinə "uçur". Bunun qarşısını heç kim ala bilməz. Bizim ölkəyə gəldikdə isə narahat olmayın, belə bir təhlükə yoxdur".

Ə.İnsanov onu da bildirib ki, quş qripinə qarşı İran, Türkiyə və Rusiyada aparılan məlum tədbirlərdən sonra təhlükə bir qədər azalıb. Ancaq bu o demək deyil ki, təhlükə tam sovuşub, hələ də mövcuddur: "Buna qarşı biz dövlət səviyyəsində bütün tədbirləri həyata keçirmişik, quş qripinin mövcud olduğu ölkələrdən quş ətinin Azərbaycana gətirilməsi prosesinin qarşısı alınıb".

Xəbər lenti

Xəbər lenti