...

ALİ MƏHKƏMƏDƏ ÇEÇEN MƏHBUSUN ŞİKAYƏTİNƏ BAXILIB

Cəmiyyət Materials 11 Oktyabr 2005 19:18 (UTC +04:00)

Oktyabrın 11-də Azərbaycan Respublikası Ali Məhkəməsində hakim Nəriman Hüseynovun sədrliyi ilə çeçen məhbus Maqomed Xocayevin şikayətinə baxılıb. Bu barədə Trend ə məhbusun vəkili Elman Osmanov məlumat verib.

Qobustan Qapalı Həbsxanasında ömürlük cəza çəkən Maqomed Xocayevin Ali Məhkəməyə müraciət etməsinə səbəb təyin edilmiş cəzayla razılaşmaması olub. Lakin Ali Vəkilin sözlərinə görə, iclasa sədrlik edən hakim məhkumun şikayətini təmin etməyərək əvvəlki instansiyanın çıxardığı hökmü qüvvəsində saxlayıb.

E.Osmanov: "Maqomed Xocayev Patamdarda bir ailənin üç üzvünü öldürmüş dəstənin üzvüdür. 2004-cü ildə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmə tərəfindən mühakimə olunub. Ancaq o, ibtidai istintaq tərəfindən irəli sürülmüş ittihamların bir qismini hələ birinci instansiya məhkəməsində də qəbul etməmişdi və həmin ittihamlar uüzrə özünü tam təqsirsiz hesab etmişdi. Ömürlük cəzaya məhkum olunduqdan sonra apellyasiya instansiyasına müraciət etmişdi, ancaq bu instansiya əvvəlki məhkəmənin hökmünü qüvvəsində saxlamışdı. Ona görə də qərara aldıq ki, Ali Məhkəməyə müraciət edək. Lakin bu instansiya da məhkumun şikayətini təmin etmədi".

Vəkil bildirib ki, müraciət olunacaq növbəti instansiya Avropa İnsan Hüquqları Məhkəməsidir. "Ali Məhkəmənin qərarını əldə edəndən sonra Avropa İnsan Hüquqları Məhkəməsinə sənəd hazırlayacağıq" - deyə vəkil bildirib.

Xəbər lenti

Xəbər lenti