...

OMBUDSMAN APARATININ ƏMƏKDAŞLARI "YENİ FİKİR" GƏNCLƏR HƏRƏKATININ HƏBSDƏ OLAN SƏDRİ İLƏ GÖRÜŞÜB

Cəmiyyət Materials 11 Oktyabr 2005 20:17 (UTC +04:00)

Oktyabrın 11-də Obmudsman Aparatının əməkdaşları 1 saylı İstintaq Təcridxanasında saxlanılan "Yeni fikir" Gənclər Hərəkatının sədri Ruslan Bəşirli ilə görüşüblər. Bu barədə Trend ə Ombudsman Aparatından məlumat verilib.

Ruslan Bəşirli saxlanılma şəraitindən narazı olmadığını, təcridxanada ona qarşı zorakılıq hallarına yol verilmədiyini söyləyib. O, eyni zamanda səhhəti ilə bağlı müalicəyə ehtiyacı olduğunu deyib. R.Bəşirli Ombudsmandan xahiş edib ki, həkim müayinəsinin və müalicəsinin təşkilində, həmçinin gündəlik qəzetlərin ona çatdırılmasında yardımçı olsun. Hüquqları üzrə Müvəkkil bunların həll edilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinə müraciət edib.

Aparatın əməkdaşları istintaq təcridxanasında saxlanılan digər şəxslərin də saxlanılma şəraiti ilə maraqlanıblar.

Həmin şəxslər təcridxana əməkdaşları tərəfindən onlara qarşı qeyri-qanuni rəftara və ya kobud hallara yol verilmədiyini, saxlanılma şəraiti ilə əlaqədar şikayətlərinin olmadığını söyləyiblər. Bununla yanaşı Ombudsmana istintaq orqanları barədə şikayətlərini də çatdırıblar. Onların bəziləri bildiriblər ki, istintaq zamanı zorakılığa məruz qalıblar.

Xəbər lenti

Xəbər lenti