...

XƏZƏRDƏ SUYUN SƏVİYYƏSİNİN DƏYİŞMƏSİ İLƏ BAĞLI EKSPEDİSİYANIN NƏTİCƏLƏRİ FRANSADA MÜZAKİRƏ OLUNACAQ

Cəmiyyət Materials 12 Oktyabr 2005 14:53 (UTC +04:00)

"Peyk və rabitə üsulları ilə Xəzərdə suyun səviyyəsinin dəyişməsinin araşdırılması" layihəsi çərçivəsində ekspedisiyanın nəticələri noyabrın sonunda Fransada müzakirə olunacaq". Bu barədə Trend ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Ramiz Məmmədov məlumat verib.

Onun sözlərinə görə, müzakirələrdən sonra hesabat hazırlanaraq ictimaiyyətə təqdim ediləcək. Ekspedisiya Coğrafiya institutunun Xəzər dənizinin problemləri Mərkəzinin ekspertləri və Fransanın kosmik tədqiqatlar mərkəzinin kosmik-geofiziki okeanoqrafiya laboratoriyası tərəfindən Cilov adası rayonunda aparılıb.

R.Məmmədov vurğulayıb ki, cari ildə Xəzər dənizində suyun səviyyəsinin əvvəlki illərlə müqayisədə iki dəfə qalxması müşahidə olunub (təxminən 40 sm). "Buna səbəb dənizə tökülən Volqa çayıdır. Rusiyalı espertlərin əvvəlki proqnozlarına görə, bu, çayın hövzəsində çoxlu qar çöküntüsünün olması ilə əlaqədardır", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti