...

EKOLOGİYA NAZİRLİYİ YEVLAXDA AMS İSTİSMARA VERİB

Cəmiyyət Materials 12 Oktyabr 2005 16:17 (UTC +04:00)

AR ekologiya və təbii sərvətlər nazirliyi Yevlaxda avtomatik meteoroloji stansiyanın (AMS) tikintisini başa çatdırıb və istismara verib.Bu barədə Trend ə ekologiya və təbii sərvətlər nazirliyinin hidrometeoroloji proqnozlar Departamentində bildirilib.

Həmçinin Bakı dərin sulu özüllər zavodunun ərazisində BTC neft boru kəməri marşrutunda Heydər Əliyev adına (keçmiş Şelflayihətikinti") analoji qurğunun tikintisi üzrə işlər aparılır.

AMS-nin tikintisi neft kəmərinin təbii fəlakətlərdən qarşısının alınması üçün həyata keçirilir. "Hazırda stansiyanın tikiləcəyi yer müəyyənləşdirilib, burada təmir ediləcək qurğuların testləşdirilməsi aparılır" -deyə Departamentdə bildirilib.

Bu tədbirlər ölkə prezidentinin fevral ayında təsdiq etdiyi 2004-2010-cu illərdə Azərbaycan hidrometeorologiyasının inkişafı proqramı çərçivəsində həyata keçirilir.Proqram çərçivəsində avtomatik meteoroloji müşahidələrin aparılması, xüsusilə əhalinin təbii fəlakətlərdən təhlükəsizliyinin təmin edilməsi üçün regionlarda stansiyaların qurulması üçün baza yaradılması nəzərdə tutulur.Yeni avadanlıq avtomatik olaraq istənilən hava şəraitini qeyd etməyə və müvafiq tədbirlər görməyə imkan verir. Bu proqram çərçivəsində artıq PirAllahı adasında AMS istismara verilib.Finlandiyanın Iaisala şirkətinin hazırladığı bir stansiyanın dəyəri $8 min təşkil edir.

Xəbər lenti

Xəbər lenti