...

17 HƏRBÇİNİN MƏHKƏMƏSİ BAŞLANACAQ

Cəmiyyət Materials 12 Oktyabr 2005 16:30 (UTC +04:00)

"Oktyabrın 17-də Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmədə hakim Qürbət Əsgərovun sədrliyi ilə 17 hərbçinin məhkəməsi başlanacaq". Bu barədə Trend ə hakim Qürbət Əsgərov məlumat verib.

Hakim bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311, 313, 320 və 341-ci maddələri ilə təqsirləndirilən hərbçilər rüşvət almaqda və çağırışçıları hərbi qulluqdan yayındırmaqda təqsirləndirilirlər.

Azərbaycan Respublikası Hərbi Məhkəməsində aparılan ibtidai istintaqla müəyyən edilib ki, sabiq hərbçilər 2002-2005-ci illər ərzində 60 çağırışçının hərbi xidmət müddəti başa çatdıqdan sonra onların guya hərbi xidmətdə olmaları barədə hərbi biletlərinə saxta məlumatlar daxil ediblər. Bunun müqabilində isə külli miqdarda rüşvət alıblar.

Təqsirləndirilənlər arasında müxtəlif hərbi hissələrdə çalışan hərbçilərlə yanaşı Əzizbəyov rayonunun sabiq hərbi komissarı Elçin Məmmədov da var.

Xəbər lenti

Xəbər lenti