...

NEFTLƏ ÇİRKLƏNMİŞ ƏRAZİLƏRİN TƏMİZLƏNMƏSİ ÜZRƏ LAYİHƏNİN REALLAŞDIRILMASI BAŞA ÇATIB

Cəmiyyət Materials 12 Oktyabr 2005 18:18 (UTC +04:00)

"Təxirəsalınmaz ekoloji investisiyalar layihəsi" çərçivəsində neftlə çirklənən ərazilərin təmizlənməsi layihəsinin reallaşdırılması başa çatıb. Bu barədə Trend ə Ekologiya və təbii ehtiyatlar Nazirliyindən məlumat verilib.

Layihə 2002-ci ilin may ayından Dövləti Neft Şirkəti (ARDNŞ) tərəfindən həyata keçirilir. Layihədə məqsəd quruda neftlə çirklənən ərazilərin pilot metodlarla təmizlənməsidir. İşlər Abşeron yarımadasındakı Tağıyev adına NQÇİ-nin "Buzovna-Maştağa" yatağının 10 hektarlıq ərazisində həyata keçirilib. Məhz bu hissənin seçilməsinin məqsədəuyğunluğu onunla izah edilir ki, bu zonada çirklənmənin bütün komponentləri qeydə alınıb. Bu layihə Azərbaycanın iqtisadi və ekoloji mövqeyi üçün tətbiq olunan pilot metodlarının və təmizləmə texnologiyalarının uyğunluğunu və testlərin rentabelliliyini nəzərdə tutur. Neftlə çirklənmiş torpaqların təmizlənməsində texnologiyaların seçimi və testləşdirilməsi gedişində təmizləmənin mexaniki, termik, bioloji və alternativ üsullarından istifadə olunub. Bu zaman təmizləmənin dərəcə, vaxt və dəyəri ilə bağlı daha sərfəli üsullar aşkar edilib. Bu layihə çərçivəsində çirklənmiş torpağın 95-97% təmizhləməyə imkan verən qurğu yaradılıb. Təmizlənmə nəticəsində ayralın neftdən təyinatına görə istifadə edilməsi mümkündür. Ayrılan neftin həcmi rekultivasiya olunmuş torpağın 5%-ni təşkil edir. Qurğunun məhsuldarlığı saatda 500-600 kq-dır. Təmizləmənin dərinliyi 1,5 metrdir.

Layihə zamanı əldə olunan nəticələr ARDNŞ-ə Abşeron yarımadasının sahil neft yataqlarının təmizlənməsi üzrə uzunmüddətli strateji planını inkişaf etdirməyə imkan verir. Qeyd edək ki, Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin ümumi sahəsi 35,5 min hektar təşkil e

Xəbər lenti

Xəbər lenti