...

GÜRCÜSTAN PROKURORLUĞU BİR QRUP AZƏRBAYCANLI HƏRBÇİNİN HƏRBİ HİSSƏNİ ÖZBAŞINA TƏRK ETMƏLƏRİ FAKTI ÜZRƏ CİNAYƏT İŞİ QALDIRACAQ

Cəmiyyət Materials 13 Oktyabr 2005 12:48 (UTC +04:00)

Gürcüstan hərbi prokurorluğu azərbaycanlı hərbçilərin bir qrupunun Gürcüstanın Müdafiə Nazirliyinin hissələrinin birini özbaşına tərk etmələri faktü üzrə cinayət işi qaldıracaq. Bu barədə Trend əAzərbaycanın Gürcüstandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov məlumat verib.

"Bu fakt üzrə istintaq davam edir. Gürcüstan hərbi prokurorluğunun nümayəndəsinin son bəyanatına görə, lakin cinayət işi qaldırılacaq", -deyə azərbaycanlı diplomat bildirib. O qeyd edib ki, əsgərlər öz hissələrinə qaytarılıblar və onlara qarşı heç bir cəza tədbiri görülməyib.

Eyni zamanda, oktyabrın 13-də məlum olub ki, Gürcüstanın Müdafiə Nazirliyi milliyyyətcə azərbaycanlı olan 10 hərbi qulluqçunu Osiauri poliqonu yaxınlığındakı hissəyə köçürüb.

Xatırladaq ki, hərbi qulluqçular Dedoplistskaro (şərqi Gürcüstan) yaxınlığında dislokasiya olunmuş hərbi hissədə xidmət ediblər. Oktyabrın 10-da isə onlar piyada Gürcüstanın Tbilisidəki xalq müdafiəçisinin (ombudsmanının) ofisinə gəliblər.

Orada əsgərlər xalq müdafiəçisinin adına ərizə yazıblar və orada onları hissəni tərk etməyə məcbur edən səbəbləri (rütbəcə onlardan böyük olan hərbçilər tərəfindən fiziki təhqirlərə məruz qalmaları, pis qidalanma və onlara verilən paltarların köhnə olması) göstəriblər.

Xəbər lenti

Xəbər lenti