...

SABİQ XTPD-ÇİNİN MƏHKƏMƏSİ BAŞLANACAQ

Cəmiyyət Materials 13 Oktyabr 2005 15:54 (UTC +04:00)

Oktyabrın 20-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) üzvü Nəriman İsmayılovun məhkəməsinə hazırlıq iclası keçiriləcək. Trend məlumat verir ki, prosesə məhkəmənin sədr müavini Əli Seyfəliyev hakimlik edəcək.

İbtidai istintaq orqanları keçmiş XTPD-çiyə qarşı 2000-ci ilin sentyabr ayına qədər qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 57 (vətənə xəyanət), 228 (banditizm) və başqa maddələri ilə ittihamlar irəli sürüb. Nəriman İsmayılov konkret olaraq 1995-ci ilin mart hadisələrində iştirakına görə təqsirləndirilir.

Keçmiş XTPD-çinin mühakiməsinin 10 ildən sonra baş tutmasına gəlincə isə o, ötən müddət ərzində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub. Həbsi isə bu ilin əvvəlində Rusiya Federasiyasında baş tutub.

Xəbər lenti

Xəbər lenti