...

BARMEK AZERBAYCAN AZƏRBAYCANI TƏRK ETMƏK NİYYƏTİNDƏ DEYİL

Cəmiyyət Materials 13 Oktyabr 2005 19:30 (UTC +04:00)

Barmek Azerbaycan (Bakı və Sumqayıt enerjipaylayıcı şəbəkəsinin operatoru) şirkətinin prezidenti Hüseyn Arabul onun Azərbaycandakı fəaliyyətində maneələr yaranmasına baxmayaraq ölkəni tərk etmək niyyətində deyil.Bu barədə Hüseyn Arabul özü eksklüziv olaraq Trend ə bəyan edib.

Onun sözlərinə görə, o, ölkəni yalnız "ölkə prezidenti bu barədə deyərsə" tərk edə bilər. "Şirkətin fəaliyyətində yaranmış problemlərin həlli məqsədilə mən Prezident Aparatına müraciət etmişəm və dövlət başçısı İlham Əliyevlə görüşmək niyyətindəyəm.Bilmirəm ki, görüş nə vaxt keçirilə bilər" -deyə o qeyd edib.

H. Arabul qeyd edib ki, maneələr şirkətin işini, demək olar ki, dayandırıb. "Buna görə də biz zəmanət verə bilmərik ki, qışda elektrik şəbəkələrinin enerji təchizatında problemlər olmayacaq.Belə ki, biz payız-qış mövsümünə hazırlıq görə bilmirik"-deyə şirkət rəhbəri bəyan edib.

Xəbər lenti

Xəbər lenti