...

Ombudsman Sabirabadda seçkiqabağı vəziyyəti öyrənib

Cəmiyyət Materials 14 Oktyabr 2005 17:58 (UTC +04:00)

Azərbaycanın insan haqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Sabirabadda və ona yaxın rayonlarda seçkiqabağı vəziyyəti öyrənib.

Bu barədə Trend ə Azərbaycanın ombudsman aparatında bildirilib.

Ombudsmanın regiona səfəri çərçivəsində "Seçki hüququ yaxud səsvermə, müşahidəçilərin hüquq və tapşırıqları" mövzusunda seminar keçirilib.Seminarda Saatlı, Salyan, İmişli, Biləsuvar, Kürdəmir rayonlarının dairə seçki komissyalarının sədrləri, icra hakimiyyətləri, rayon prokurorluqları, məhkəmələr, polis, bələdiyyə və QHT nümayəndələri iştirak edib.

Ombudsman demokratik seçkilərin keçirilməsi, burada azad və fəal iştirakın təmin edilməsi zəruriliyi və əhəmiyyətini seminar iştirakçılarının diqqətinə çatdırıb, bu strukturların demokratik və şəffaf seçkilərin keçirilməsində vəzifələrini izah edib.E.Süleymanova vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi, namizədlər üçün seçkiqabağı kampaniyada bərabər şərtlərin təşkilinin zəruriliyini qeyd edib.

Xatırladaq ki, Azərbaycanın ombudsmanı Sumqayıt, Quba, Cəlilabad, Abşeron , Xızı və Şəkidə artıq belə seminarlar keçirib.

Xəbər lenti

Xəbər lenti