...

"AzərReyl" çempionlar liqası ərəfəsində möhəmlənir

Cəmiyyət Materials 15 Oktyabr 2005 12:16 (UTC +04:00)

"AzərReyl" qadın voleybol klubu Çempionlar liqası ərəfəsində ukraynalı Marina Qonçarukla müqavilə imzalayıb.

Milli Federasiyadan Trend ə verilən məlumata görə, o, Avropa Kuboku ərəfəsində komandanın tərkibini möhkəmləndirmək və karyerasını başa vurmağı qərara alan kapitan Alla Həsənovanı əvəz etmək üçün yığmaya dəvət olunub. Bir müddət Ali Türkiyə Liqasında oynayan voleybolçu kifayət qədər beynəlxalq təcrübəyə malikdir.

"AzərReyl" Moskvanın "Dinamo" klubunun da adı hələ açıqlanmayan voleybolçusunu ala biləcəyinə ümid edir. Tərəflər mümkün transferin detallarını müzakirə etdikdən sonra oyunçu Çempionlar Liqasında iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti