...

Ağasəlim Mircavadov: "Futbolun inkişafı üzrə Dövlət Proqramını kompleks qaydada həyata keçirmək lazımdır"

Cəmiyyət Materials 15 Oktyabr 2005 15:03 (UTC +04:00)

"Futbolun inkişafı üzrə dövlət proqramını kompleks qaydada həyata keçirmək lazımdır". Bu barədə Trend ə Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov prezident İlham Əliyevin müvafiq sərəncamını şərh edərkən bildirib.

Neftçi"nin məşqçisi hesab edir ki, əsas vəzifələrdən biri də məşqçilərin təlimidir. Klublardan birinin nəzdində və ya dövlət əsasında ixtisaslaşdırılmış futbol internatları yaratmağa ehtiyac var. "İnternat gənclərin idman ləvazimatları (top, meydan) ilə təchiz olunacaqları bazadır. Belə müəssisə nəinki Bakıda, həm də bölgələrdə yaradılmalıdır", - deyə A.Mircavadov qeyd edib.

Xəbər lenti

Xəbər lenti