...

"AzərReyl" ümidini itirməyib

Cəmiyyət Materials 17 Oktyabr 2005 14:11 (UTC +04:00)

"AzərReyl" qadın voleybol klubuna Çempionlar Liqası ərəfəsində artıq yeni oyunçular cəlb edilməyəcək.

Milli Federasiyadan Trend ə verilən məlumata görə, komandanın rəhbərliyi yalnız kapitan Alla Həsənovanı əvəz edəcək ukraynalı Marina Qonçaruku kluba cəlb edə bilib. Moskvanın "Dinamo" klubunun adları açıqlanmayan voleybolçusunu komandaya gətirilməsinə gəldikdə isə burada iş dalana dirənib və buna görə də onun yaxın vaxtlarda "AzərReyl"ə gələcəyi ehtimal edilmir. Lakin başda Faiq Qarayev olmaqla Azərbaycan çempionlarının məşqçi qərragahı artıq yaxın aylarda bu vacib oyunçunun əldə olunacağına ümidini itirmir.

Xatırladaq ki, oktyabrın 18-də Çempionlar Liqasının qrup mərhələsində "AzərReyl" İstambulun "Günəş Vaqifbank" klubunu qəbul edəcək.

Xəbər lenti

Xəbər lenti