...

Hökumət üçüncü ölkədən olan qaçqınların sosial problemlərinin həyata keçirilməsi üçün bir sıra tədbirlər həyata keçirir

Cəmiyyət Materials 17 Oktyabr 2005 17:30 (UTC +04:00)

Hökumət Azərbaycanda qaçqın statusu almaq istəyən üçüncü ölkədən olan qaçqınların sosial problemlərinin hlli üzrə əlavə tədbirldər həyata keçirmək niyyətindədir. Bu barədə Trend ə Azərbaycanda qaçqınlar və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Dövlət Komitəsindən bildirilib ki, 2004-cü ildə Nazirlər Kabineti tərəfindən Azərbaycanda qaçqın statusu almaq istəyən şəxslərin sosial problemlərinin həlli barədə tədbirlər planını təsdiqləyib. Onların arasında Cəlilabad rayonunun Göytəpə adlanan ərazisində üçüncü ölkədən olan qaçqınların mərkəzin tikilməsi, onların təhsil, səhiyyə və digər sosial problemləri ilə bağlı məsələlərin həlli də var. Bu məsələdə hökumət BMT-nin Qaçqınların işi üzrə Ali Komissarlığı ilə sıx əməkdaşlıq edir.

Hlazırda qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üzrə Dövlət Proqramında üçüncü ölkədən olan qaçqınların problemlərinin də həlli nəzərdə tutulur. Bu məqsədlə hökumət bu sahədə bir sıra layihələr həyata keçirir. Hökumət bu layihələrin həyata keçirilməsi üçün vəsait ayırır. Xatırladaq ki, indiyə kimi üçüncü ölkələrdən (Əfqanıstan, İran, İraq, Türkiyə və digər) olan cəmi 20 nəfərə Azərbaycanda qaçqın statusu verilib.

Xəbər lenti

Xəbər lenti