...

Krım məhkəməsi bu gün Rəsul Quliyev barədə qəti imkan tədbiri görəcək

Cəmiyyət Materials 18 Oktyabr 2005 14:23 (UTC +04:00)

(Yeni Region) - Yaxın saatlarda Krımın Baxçasaray rayon məhkəməsi prokurorluğa Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyevi həbs etmək barədə razılıq verilməsi barədə məsələyə baxacaq. Trend in məlumatına görə, bu barədə Krımdakı hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Eyni zamanda, Krım milsinin və prokurorluğun mətbuat xidmətləri məhkəmə iclasının keçiriləcəyi barədə hələlik heç bir məlumat verməyib. Simferopolda saxlanılan Quliyevin işinin Baxçasaray məhkəməsinə verilməsi barədə də rəsmi açıqlama verilmir.

Yeri gəlmişkən, saat 13.00-də Krım paytaxtında Azərbaycanın müxalifət liderlərindən birini saxlanılana qədər müşaiyət edən Britayniya vətəndaşı mətbuat konfransı keçirilməsi planlaşdırılmışdı. Jurnalistlər qarşısında Rəsul Quliyevlə bir təyyarədə uçan Robert Styuart, Andrea Hopsan və saxlanılanı qohumu İlqar Quliyevin çıxış edəcəyi nəzərdə tutulmuşdu.

Xatırladaq ki, R.Quliyev Simferepol aeroportunda dünən axşam saatlarında saxlanılıb. Bu, London-Bakı reysi ilə uçan təyyarənin marşrutunu dəyişərək Krımda yerə enərkən baş verib. Krımın hüquq-mühafizə orqanları bunu R.Quliyevin beynəlxalq axtarışda olması ilə izah edərək onun saxlanılmasının İnterpolun orderi ilə həyata keçirildiyini bildiriblər.

Azərbaycanın daxili işlər naziri Ramil Usubovun sözlərinə görə, Ukraynaya artıq Quliyevin ekstradisiyası ilə bağlı sorğu göndərilib. Müəyyən edilmiş beynəlxalq razılaşmalara görə, bu məsələnin nəzərdən keçirilməsi prosesi 30 gündən 40 günə kimi davam edə bilər.

Ukraynada ekstradisiya barədə qərarı yalnız baş prokur qəbul edir. Lakin buna baxmayaraq, bunun üçün XİN-nin razılığı da vacibdir. Lakin Svyatoslav Piskunun bu yaxınlarda istefasından sonra Ukraynanı baş prokuroru vəzifəsi boşdur.

Xəbər lenti

Xəbər lenti