...

Turizm sahəsində əməkdaşlıq barədə proqramın layihəsi Belorus hökumətinə təqdim olunub

Cəmiyyət Materials 19 Oktyabr 2005 19:03 (UTC +04:00)

Azərbaycanın Gənclər, İdman və Turizm Nazirliyində Belorusla turizm sahəsində əməkdaşlıqla bağlı proqram hazırlanıb və bu ölkənin hökumətinə təqdim edilib. Bu barədə Trend ə Nazirlikdən məlumat verilib.

Cənəd Azərbaycan və Belorus hökumətləri arasında turizm sahəsində Əməkdaşlıq barədə razılaşmaya əsasən hazırlanıb.

Proqramda tərəflərin 2005-2006-cı illərdə gələcək qarşılıqlı fəaliyyətin genişləndirilməsi təklifi əks olunub. Proqramın hazırlanması barədə qərar ötən ilin noyabrında Bakıda keçirilən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Belorus hökumətlərarası komissiyasının ikinci iclasında qəbul edilib.

Azərbaycan proqramın layihəsinə ölkədə turizmin inkişafı üzrə investisiya, birgə müəssisələrin yaradılması layihələri, Azərbaycanın tarixi yerlərinə turist səfərlərinin təşkilini və Bakı və Minskdə turizm informasiya mərkəzlərini yaratmaq barədə təklifi daxil edib.

Xəbər lenti

Xəbər lenti