...

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavininə qarşı iddia təmin edilməyib

Cəmiyyət Materials 20 Oktyabr 2005 13:22 (UTC +04:00)

"Oktyabrın 20-də Bakı şəhəri, Nəsimi rayon Məhkəməsində Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini Yaşar Əliyevə qarşı iddiaya dair məhkəmə iclası başa çatıb". Trend məlumat verir ki, iclasa məhkəmənin sədri Ələddin Cəfərov hakimlik edib.

Müsavat Partiyasının sədr müavinləri Arif Hacılı, Rauf Arifoğlu və Qabil Hüseynli məhkəməyə ərizə ilə müraciət edərək BŞBPİ-nin rəis müavini tərəfindən böhtan atılması barədə iddia qaldırıblar. Lakin iki gün davam edən məhkəmənin sonunda hakim hesab edib ki, Y.Əliyevə qarşı qaldırılmış iddia əsassızdır və o, təmin edilməməlidir.

İddiaçılar isə məhkəmənin çıxardığı qərardan narazılıqlarını bildiriblər və qeyd ediblər ki, qərarı əldə edəndən sonra apellyasiya şikayəti verəcəklər.

Xəbər lenti

Xəbər lenti