...

Simferopol məhkəməsi Rəsul Quliyevin saxlanılması ilə bağlı Azərbaycanın xahişinin siyasi motivlərlə bağlı olduğunu qərara alıb

Cəmiyyət Materials 20 Oktyabr 2005 14:05 (UTC +04:00)

(İTAR-TASS) - Simferopol məhkəməsi Azərbaycan parlamentinin eks-spikerini azadlığa buraxıb. Bu barədə məhkəmənin bu gün çıxardığı qərarında bildirilib.

Məhkəmə qərara alıb ki, Azərbaycanın Rəsul Quliyevin saxlanılması ilə bağlı xahişi siyasi motivlərlə bağlıdır. Bundan başqa, ona qarşı cinayət işinin qaldırılması haqqında sənədlərin surətləri və onun saxlanılması haqqında məhkəmənin qərarı notarial qaydada təsdiq olumayıb və məhkəmə tərəfindən imzalanmayıb. Məhkəmə, həmçinin, bildirib ki, R.Quliyev ölkəyə Ukrayna vizası ilə gəlib ki, bu da onun saxlanılmasının hüquqi cəhətdən əsassız olduğuna dəlalət edir.

Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan R.Quliyev oktyabrın 17-də Simferopol hava limanında saxlanılıb. O, külli miqdarda əmlakın mənimsənilməsində, vəzifə saxtakarlığında, vəzifə səlahiyyətlərini aşamaqda təqsirləndirilir.

O, Azərbaycan müxalifətinin lideridir, ABŞ-da siyasi mühacir statusuna malikdir və hüquq-mühafizə orqanlarının ona qarşı iddialarını siyasi cəhətədən əsaslı hesab edir.

Xəbər lenti

Xəbər lenti