...

"AzərReyl" Çempionlar liqasının "B" qrupunda 4-cü yerdədir

Cəmiyyət Materials 20 Oktyabr 2005 14:38 (UTC +04:00)

"AzərReyl" qadın voleybol klubu Çempionlar liqasının qrup mərhələsinin oynanılmış turundan sonra "B" yarımqrupunda 4-cü yerdədir.

Trend in xəbər verdiyi kimi, Türkiyənin "Günəş Vaqifbank" komandasına 2:3 hesabı ilə məğlubiyyətə baxmayaraq, komanda əlavə əmsallar üzrə Zaqrebin "Mladost" və Polşanın "Kalitsiya" komandalarından öndədir. Bu komandalar "Tenerife" və İtaliyanın "Pallavolo Sirio" yığmalarına 0:3 hesabı ilə məğlub olub. Buna görə də partiyalar arasındakı fərqdə "AzərReyl" ən yaxşı nəticəyə malikdir.

Xatırladaq ki, Faiq Qarayevin yetirmələri Avropa Kubokunun dörddə bir finalına çıxmaq üçün "B" yarımqrupunda birinci 3 yerdən birini tutmalıdırlar.

Xəbər lenti

Xəbər lenti