...

"Araz" Çempionlar Liqasının sonuncu matçında qalib gəlib

Cəmiyyət Materials 21 Oktyabr 2005 11:45 (UTC +04:00)

"Araz" futbol klubu Bosniyada başa çatmış Çempionlar Liqasının seçmə turnirində öz çıxışını major notlarla başa vurub.

Trend in xəbər verdiyi kimi, 3-cü tur çərçivəsində Naxçıvan komandası Hollandiyanın "De Xommel" komandasını 3:0 hesabı ilə məğlub edib. Hər iki rəqib yarışların finaına çıxmaq şansından məhrum olduğundan bu görüş həlledici olmayıb. Lakin "Araz" daha yaxşı oyun nümayiş etdirib.

Bu qələbə Azərbaycana 4 xalla qrupda 3-cü olmaq imkanı verib. Bosniyanın "Karaku-Mostar" yığmasına 1:0 hesabı ilə qalib gələn Belçika komandası "Morlanvelts" isə qrupda 1-ci yerdə gedir.

Xəbər lenti

Xəbər lenti