...

2006-cı il Həcc mövsümü üçün 2000 ərizə verilib

Cəmiyyət Materials 21 Oktyabr 2005 12:53 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) bu günə kimi 2006-cı il Həcc mövsümündə zəvvar olmaq olmaq istəyən şəxslərdən 2000 ərizə dbaxil olub. Bu barədə Trend ə QMİ-nin beynəlxjalq əlaqələr bölməsinin rəisi Hacı Azad məlumat verib.

Gələcək zəvvarlardan 1100 nəfəri Həcc ziyarətinə avtobusla getmək istəyir, Hacı Azadın sözlərinə görə, ərizələrin qəbulu noyabrın 10-na kimi uzadılıb.

Bütün Azərbaycan üçün 2800 yerlik kvota ayrılıb ki, onlardan 2600 yer Azərbaycan vətəndaşlarına, 200 yer isə ölkədə yaşayan xarici vətəndaşlar üçün nəzərdə tutulub. Ziyarəti avtobusla həyata keçirmək istəyən dindarlar $ 1320, "Boinq 737" təyyarələri ilə Həccə yola düşənlər isə $ 2100 ödəməli olacaqlar. "Mersedes" markalı avtobuslar dekabrın 25-dən sonra İpan-Türkiyə-Supiya-İopdaniya-Səudiyyə Ərəbistanı marşrutu ilə hərəkət edəcəklər. QMİ-dən bildirilib ki, yolda zəvvarların müsəlman dünyasındakı müqəddəs yerlərə baş çəkmək imkanları olacaq. Təyyarə ilə Həccə gedən zəvvaarlar isə dekabrın son günləri yola düşəcəklər.

Müsəlman dünyasının Məkkə və Mədinəyə növbəti ziyarəti 2006-cı il yanvar ayının ilk ongünlüyündə başlayacaq. Buna bir neçə ay qalmış isə ziyaərt etmək istəyənlərin ərizələrinin qrəbuluna başlaniılır.

Bu il QMİ ilə yanaşı Azərbaycanın daha 3 turist firması Məkkəyə "Həcc" ziyarət səfərini təşkil edir. Bu, "TUR", "Karvan D" və "Prezident" şirkətləridir. QMİ bu şirkətlərə 400 kvotalıq yer ayırıb. Hazırda firmalar ziyarət etmək arzusunda olanların sənədləriin qoəbulunu davam etdirir.

Xəbər lenti

Xəbər lenti