...

Ramazan ayının 18-ci gününün cədvəli

Cəmiyyət Materials 21 Oktyabr 2005 12:55 (UTC +04:00)

Ramazan ayının 18-ci günündə, yəni oktyabrın 22-də səhər yeməyi (imsaq) saat 06:49-da, axşam namazı və iftar isə 19:09-dır. Bu barədə Trend Qafqaz Müsəlmanları İdarəsinə istinadən xəbər verir.

Xatırladaq ki, QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Ramazan ayının 17-ci günündə, yəni oktyabrın 21-də axşam namazı və iftar saat 19:11-dir. Qeyd edək ki, Şamaxı rəsədxanasının hesablamalarına görə, ölkə regionlarında vaxt Bakı vaxtından 5-14 dəqiqə sonradır.

Oktyabrın 22-dən 23-nə keçən gecə, yəni Ramazan ayının 18-ci günündə birinci "leylət-əl-qədr" gecəsidir. Həmin gecə Allah insanların taleyini həll edir, onlar məscidlərə gedir, üləmaların Ramazan ayı münasibətilə təşkil etdikləri yığıncaqlarda iştirak edirlər. Əgər insan dua edirsə və savab işlər görürsə, yoxsullara əl tutursa, xeyriyyə işləri ilə məşğul olursa, həmin gecə onun günahları Allah tərəfindən bağışlana bilər. Əfsanəyə görə, Allah bir çox ölmüş insanların ruhunu cəhənnəmdən azad edir. Oktyabrın 24-ü, 26-sı və 30-u "leylət-əl qədr" gecələridir. Əfsanəyə görə, bu gecələrdən birində Allah müqəddəs kitab olan Quranı yerə göndərib.

Xəbər lenti

Xəbər lenti