...

Mədəniyyət naziri Samarada keçiriləcək Azərbaycanın mədəniyyət günlərində nümayəndə heyətinə rəhbərlik edəcək

Cəmiyyət Materials 21 Oktyabr 2005 13:24 (UTC +04:00)

Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın mədəniyyət günlərində iştirak etmək üçün oktyabrın 23-də Rusiyanın Samara vilayətinə yola düşəcək. Bu barədə Trend ə Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nümayəndə heyətinə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının, Dövlət Mahnı və Rəqs Ansamblının 40 nəfərdən ibarət nümayəndəsi daxildir. Tədbirdə incəsənət qalereyası və muzeyinin əsərlərinin sərgisi təşkil olunacaq. Proqrama, həmçinin, Azərbaycan kinosu festivalı və "Rast" qrupunun konserti də daxil edilib.

Mədəniyyət günləri çərçivəsində Samara vilayəti elmi kitabxana bağında Azərbaycanın böyük şair və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin xatirə lövhəsi qoyulacaq. Azərbaycan və Samara vilayətinin mədəniyyət nazirləri arasında mədəniyyət və incəsənətin inkişafı sahəsində qarşılıqlı anlaşma memorandumu imzalanacaq.

Xəbər lenti

Xəbər lenti