...

Azərbaycan qış vaxtına keçir

Cəmiyyət Materials 21 Oktyabr 2005 13:45 (UTC +04:00)

Oktyabrın 30-da Azərbaycanın bütün ərazisində qış vaxtı başlayır. Bu barədə Trend ə Nazirlər Kabinetindən məlumat verilib.

Nazirlər Kabinetinin qərarı ilə 1997-ci il mart ayının 17-dən etibarən ölkədə hər il oktyabrın sonuncu bazar günü səhər saat 5:00-da saatların əqrəbləri bir saat geri çəkilir.

Həmin qərara əsasən, ildə iki dəfə - mart və oktyabr aylarında ölkə ərazisində qış və yay vaxtları müəyyən olunur.

Xəbər lenti

Xəbər lenti