...

Əsirlikdə həlak olanların məzarlarının qaytarılması müzakirə olunacaq

Cəmiyyət Materials 21 Oktyabr 2005 14:03 (UTC +04:00)

Oktyabrın 28-29-da Bakıda MDB Hökumət Başçıları Yanında beynəlmiləlçi-döyüşçülərin işi üzrə komitənin koordinasiya şurasının keçiriləcək iclasında əsirlikdə həlak olanların məzarlarının qaytarılması məsələsi müzakirə olunacaq. Bu barədə Trend ə Əfqanıstan Veteranları İttifaqından məlumat verilib.

Koordinasiya Şurasının iclasında Müstəqil Dövlətlərin Əfqanıstan müharibəsi veteranı təşkilatlarının rəhbərləri, dövlət idarəetmə orqanlarının, dini qurumların və Əfqanıstan Veteranları İttifaqının nümayəndələri iştirak edəcəklər.

İclasda MDB-də veteranların, münaqişə iştirakçılarının və terror qurbanlarının itirilmiş əmək qabiliyyətlərinin bərpası və onların sosial vəziyyətləri müzakirə olunacaq. İclasın gündəliyində həmçinin əsirlərin qaytarılması, itgin düşənlərin axtarışı və onlar barədə əldə edilmiş yeni məluatlar və s. məsələləri də durur.

Xəbər lenti

Xəbər lenti