...

Təhsil Nazirliyi Bakı İnnovasiya Texnologiyaları Mərkəzinin fəaliyyətini qanunsuz elan edib

Cəmiyyət Materials 21 Oktyabr 2005 14:24 (UTC +04:00)

"Bakı İnnovasiya Texnologiyaları Mərkəzinin təhsil fəaliyyəti qanunsuzdur və Azərbaycanın Təhsil Nazirliyi ona müvafiq lisenziya verməyib". Bu barədə Nazirliyin Trend ə daxil olmuş məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət 41 ünvanda fəaliyyət göstərən Mərkəzdə Rusiya Müasir Humanitar Akademiyasına tələbə qəbulu keçirilir və distant təhsil adı altında onlardan pul alınır.

Nazirlik bəyan edir ki, mərkəzin fəaliyyəti qanunsuzdur və onun diplomları heç bir hüquqi qüvvəyə malik olmadığından Azərbaycanın Təhsil Nazirliyi tərəfindən qəbul olunmayacaq.

Xəbər lenti

Xəbər lenti