...

Namiq Abdullayev yığmada çıxışlarını davam etdirə bilər

Cəmiyyət Materials 21 Oktyabr 2005 15:05 (UTC +04:00)

Sərbəst güləş üzrə Olimpiya çempionu Namiq Abdullayev Azərbaycan yığmasında çıxışlarını davam etdirə bilər.

Komandanın baş məşqçisi Aslan Ağayevin Trend ə verdiyi məlumata görə, idmançı öz karyerasının başa çatdığını rəsmən etməyib. Buna görə də o, Namiq Abdullayevin əsas tərkibdə namizədliyini nəzərdən keçirəcək. "Namiq və həmçinin onun qardaşı Arif Abdullayev hazırda ölkə çempionatında çıxış etməyə hazırlaşırlar ki, komandanın əsas tərkibi də bu çempionatın yekunlarına görə formalaşacaq", - deyə A.Ağayev qeyd edib. Mütəxəssis həmçinin, bildirib ki, kollektivin qapılarını veteranların üzünə bağlamaq niyyətində deyil və əgər onlar öz ustalıqlarını təsdiq etsələr, komandanın tərkibinə daxzil ediləcəklər.

Qeyd etmək lazımdır ki, yığmada məşqçi "rokirovka"sı Macarıstanda keçirilən dünya çempionatından sonra baş verib və bu zaman Yaqub Məmmədov öz vəzifəsindjən azad edilib.

Xəbər lenti

Xəbər lenti