...

Azərbaycanın Gənclər, İdman və Turizm Nazirliyi yanında kimsəsiz uşaqlar haqqında məlumatlar bazası yaradılacaq

Cəmiyyət Materials 21 Oktyabr 2005 16:40 (UTC +04:00)

Azərbaycanın Gənclər, İdman və Turizm Nazirliyi yanında xüsusi qayğı və diqqətə ehtiyacı olan kimsəsiz uşaqlar haqqında məlumatlar bazası yaradılacaq. Bu barədə Trend ə nazirlikdən məlumat verilib.

Layihə YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə həyata keçirilir. Bu barədə təşkilatın Azərbaycandakı nümayəndəsi Hana Sinqer və nazir Əbülfəz Qarayev arasında artıq razılıq əldə olunub.

YUNİSEF, həmçinin, bu məlumatların toplanacağı mərkəzin yaradılmasında da nazirliyə texniki və maliyyə yardımı göstərəcək.

Məlumatlar bazasının və mərkəzin yaradılması gənclər siyasəti haqqında Dövlət Proqramı üzrə fəaliyyət planı əsasında həyata keçirilir. 2005-2009-cu illəri əhatə edən plan Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən hazırlanıb.

Xəbər lenti

Xəbər lenti