...

Elmlər doktoru məhkəmə zalından azadlığa buraxıldı

Cəmiyyət Materials 21 Oktyabr 2005 19:17 (UTC +04:00)

Oktyabrın 21-də Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə (ACDİÜM) hakim Tofiq Paşayevin sədrliyi ilə Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri, elmlər doktoru Məhəmməd Babanlı barəsində hökm elan edilib. Trend məlumat verir ki, məhkəmnin hökmü ilə barəsində 2 il sınaq müddəti ilə cəzalandırılan professor hökmün oxunuşundan sonra məhkəmə zalından azadlığa buraxılıb.

Dövlət ittihamçısı öz məhkəmə çıxışında rüşvət almaqda təqsirli bilinən Məhəmməd Babanlıya ibtidai istintaq zamanı verilən maddələri duzgun hesab etməyib. Bildirib ki, istintaqçılar V.Babanlının əməlində 311-ci maddənin tərkibi yoxdur və bu maddə 178-ci (dələduzluq) maddəyə tövsif edilməlidir. Bununla da prokuror məhkəmədən müttəhimə 3 il müddətinə şərti cəza tələb edib.

Hakim Tofiq Paşayevsə hökmü elan edərkən həmin müddəti 2 ilə endirib. V.Babanlıya 2 il müddətinə şərti cəza təyin edərək məhkəmə zalından azadlığa buraxılmasını elan edib.

Qeyd edək ki, ibtidai istintaq orqanları Məhəmməd Babanlıya qarşı Bakı şəhər sakini 27 yaşlı Elnarə İsmayılovadan 6.000 ABŞ dolları alması ilə bağlı ittiham irəli sürmüşdü. İttiham sənədlərində qeyd olunurdu ki, professor həmin məbləğin müqabilində qadını xarici ölkələrdən birində fəaliyyət göstərən ali məktəbə düzəldəcəyini və BDU-nun filologiya fakültəsinin 2-ci kursunun rus bölməsinə köçürəcəyini vəd edib.

Xəbər lenti

Xəbər lenti