...

Ramazan ayının 19-cu gününün cədvəli

Cəmiyyət Materials 22 Oktyabr 2005 11:40 (UTC +04:00)

Ramazan ayının 19-cu günündə, yəni oktyabrın 23-də səhər yeməyi (imsaq) saat 06:50-də, axşam namazı və iftar isə 19:08-dir. Bu barədə Trend Qafqaz Müsəlmanları İdarəsinə istinadən xəbər verir.

QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Ramazan ayının 17-ci günündə, yəni oktyabrın 21-də axşam namazı və iftar saat 19:11-dir.

Oktyabrın 22-dən 23-nə keçən gecə, yəni Ramazan ayının 18-ci günündə birinci "leylət-əl-qədr" gecəsidir. Həmin gecə Allah insanların taleyini həll edir, onlar məscidlərə gedirlər, üləmalar Ramazan ayı münasibətilə yığıncaqlar təşkil edirlər. Əgər insan dua edirsə və savab işlər görürsə, yoxsullara əl tutursa, xeyriyyə işləri ilə məşğul olursa, həmin gecə onun günahları Allah tərəfindən bağışlana bilər. Əfsanəyə görə, Allah bir çox ölmüş insanların ruhunu cəhənnəmdən azad edir. Oktyabrın 24-ü, 26-sı və 30-u "leylət-əl qədr" gecələridir. Əfsanəyə görə, bu gecələrdən birində Allah müqəddəs kitab olan Quranı yerə göndərib.

Xəbər lenti

Xəbər lenti