...

Azərbaycanın ağırlıqqaldırma üzrə yığması dünya çempionatında artıq dörd mükafat qazanıb

Cəmiyyət Materials 22 Oktyabr 2005 13:52 (UTC +04:00)

Azərbaycanın ağırlıqqaldırma üzrə yığması Almaniyanın Dessau şəhərində davam edən dünya çempionatında iki qızıl və iki gümüş medal qazanıb. Trend ə məlum olub ki, fəxri kürsünün ən yüksək pilləsinə 90 kq çəki dərəcəsində dünya Kubokunun sahibi Vüsal Mərdanov qalxıb. 100 kq çəki dərəcəsinədək idmançılar arasında İbrahim İbrahimovun bərabəri olmayıb. Gümüş medalları Bayram Əliyev (67 kq) və Əli Əsgərov qazanıb.Bunun nəticəsində Azərbaycan yığması 50 dövlət nümayəndəsinin iştirak etdiyi çempionatın liderləri sırasına çıxıb.

Xatırladaq ki, dünya birinciliyinin hakimlər kollegiyasının tərkibinə Milli Federasiyanın prezidenti Ələddin Əliyev də daxildir.

Xəbər lenti

Xəbər lenti