...

Ramazan ayının 21-ci gününün cədvəli

Cəmiyyət Materials 24 Oktyabr 2005 11:15 (UTC +04:00)

Ramazan ayının 21-ci günündə, yəni oktyabrın 25-də səhər yeməyi (imsaq) saat 06:52-də, axşam namazı və iftar isə 19:05-dir. Bu barədə Trend Qafqaz Müsəlmanları İdarəsinə istinadən xəbər verir.

Xatırladaq ki, QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Ramazan ayının 20-ci günündə, yəni oktyabrın 24-də axşam namazı və iftar saat 19:07-dir.

Oktyabrın 24-dən 25-nə keçən gecə, yəni Ramazan ayının 20-ci günü ikinci "leylət-əl-qədr" gecəsidir. Həmin gecə Allah insanların taleyini həll edir, onlar məscidlərə gedirlər, üləmalar Ramazan ayı münasibətilə yığıncaqlar təşkil edirlər. Əgər insan dua edirsə və savab işlər görürsə, yoxsullara əl tutursa, xeyriyyə işləri ilə məşğul olursa, həmin gecə onun günahları Allah tərəfindən bağışlana bilər. Əfsanəyə görə, Allah bir çox ölmüş insanların ruhunu cəhənnəmdən azad edir. Oktyabrın 26-sı və 30-u "leylət-əl qədr" gecələridir. Əfsanəyə görə, bu gecələrdən birində Allah müqəddəs kitab olan Quranı yerə göndərib.

Xəbər lenti

Xəbər lenti