...

Azərbaycanla Samara vilayəti arasında mədəniyyət və incəsənətin inkişafı sahəsində qarşılıqlı anlaşma memorandumu imzalanacaq

Cəmiyyət Materials 24 Oktyabr 2005 12:33 (UTC +04:00)

Oktyabrın 24-də Samara vilayətində Azərbaycanın mədəniyyət günləri çərçivəsində vilayətin mədəniyyət və gənclər siyasəti naziri Olqa Rıbakova və Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu görüşəcəklər. Trend in Regnuma istinadən xəbər verdiyi kimi, tərəflər arasında mədəniyyət və incəsəntin inkişafı sahəsində qarşılıqlı anlaşma memorandumu imzalanacaq. Həmçinin, Azərbaycanın Samara vilayətinə hədiyyə etdiyi kitabların təqdimat mərasimi keçiriləcək.

Oktyabrın 24-də Polad Bülbüloğlu Samara vilayətinin qubernator müavini, hökumət sədrinin birinci müavini Sergey Sıçevlə görüşəcək.

Tədbir çərçivəsində oktyabrın 24-də Rusiya kinomatoqrafiya mərkəzinin Böyük zalında Azərbaycan kinosu festivalının açılışı olacaq. Festival çərçivəsində rejissorlar Fikrət Əliyevin "Yuxu" və Rüfət Əsədovun "Gələcəyə qayıdış" filmləri nümayiş etdiriləcək. Bədii muzeydə Azərbaycnın təsviri incəsənət əsərlərinin təqdimat mərasimi keçiriləcək.

Samara opera və balet akademik teatrında Azərbaycan mədəniyyət günlərinin təntənəli açılış mərasimi, o cümlədən "Rast" qrupu və Dövlət Mahnı və Rəqs Ansamblının konserti olacaq.

Xəbər lenti

Xəbər lenti