...

Azərbaycanın həndbol üzrə yığması Dublinə yola düşüb

Cəmiyyət Materials 24 Oktyabr 2005 13:06 (UTC +04:00)

Azərbaycanın həndbol üzrə kişilərdən ibarət yığması oktyabrın 25-də başlanacaq "Challenge Trophy" yarışlarında iştirak etmək üçün Dublinə yola düşüb.

Komandanın baş məşqçisi Hikmət Abdullayevin Trend ə verdiyiməlumata görə, yarımqrup üzrə kollektivin rəqibləri İngiltərə, Şotlandiya, İrlandiya, Malta və Moldova komandaları olacaq, Onlara qarşı mübarizədə qalib gəlmələri azərbaycanlı həndbolçuların finala çıxmasına imkan verəcək. Məşqçi bildirib ki, yığmanın qarşısında yarışın həlledici matçında iştirak etmək hüququ əldə etmək və onu udmaq kimi konkret bir məqsəd qoyulub. Qeyd edək ki, komandanın 2003-zcü ildə ikinci yerə çıxdığı "Challenge Trophy" yarışında çıxış etmək təcrübəsi var.

H.Abdullayev onun yetirmələrinin ən əsas rəqibinin bundan əvvəl "Challenge Trophy"də qalib gələn Moldaviya komandası olacağını hesab edir.

Xəbər lenti

Xəbər lenti