...

SPAN təhsil proqramı Azərbaycanın daha 4 rayonunda həyata keçiriləcək

Cəmiyyət Materials 24 Oktyabr 2005 14:35 (UTC +04:00)

Şagirdlərin biliyinin qiymətləndirilməsi üzrə təhsil proqramı (SPAN) Azərbaycanın daha 4 rayonunda həyata keçiriləcək. Bu barədə Trend ə Təhsil Nazirliyindən məlumat verilib.

Hazırda proqramın növbəti mərhələsinin, xüsusilə məktəbdaxili qiymətləndirmənin, şagirdlərin təhsildə irəliləyişlərinin monitorinq sisteminin, həmçinin, kurrikulumun tələblərinə uyğun olaraq qiymətləndirmənin komponentləri işlənib hazırlanır. Bu sistem artıq 4 orta məktəbdə eksperiment kimi tətbiq olunub.

Nazirlikdə hesab edirlər ki, yeni qiymətləndirmə sisteminin tətbiqi şagirdlərin bilik səviyyəsinin və təhsilin keyfiyyətinin artmasına imkan verəcək. Müəllimlər və valideynlər isə bu işə böyük məsuliyyət hissi ilə yanaşmalıdırlar. Əsas diqqət məktəblərdə pedaqoji kollektivin təlimatlandırılmasına və bu sahədə icitmaiyyətin maarifləndirilməsinə yönəlib.

Xəbər lenti

Xəbər lenti