...

Azərbaycanın Ekologiya Nazirliyi "Təcili ekoloji investisiyalar layihəsi"ni başa çatdırıb

Cəmiyyət Materials 24 Oktyabr 2005 17:13 (UTC +04:00)

Azərbaycanın Ekologiya və Təbii sərvətlər Nazirliyi Dünya Bankının (DB) maliyyələşdirdiüi "Təcili ekoloji investisiyalar layihəsi"ni başa çatdırıb. Bu barədə Trend ə Nazirlikdən məlumat daxil olub.

Layihə özündə 4 komponenti - Neftçalada yeni balıq zavodunun tikilməsi hesabına nərə balığının kürüsünün törədilməsi imkanlarının bərpa edilməsi və belə zavodun gələcək fəaliyyəti üçün davamlı institusional-maliyyə əsaslarının yaradılması- ($9,1 miln.), çox çirklənmiş ərazilərdən birində civənin təmizlənməsi metodikasının və texnologiyasını nümayiş etdirmək üçün Sumqayıtda radioaktiv tullantıların basdırılması üzrə poliqonun tikilməsi - ($8 miln.), Abşeron yarımadasının sahilyanı neft yataqlarından birində mövcud çirklənmə səviyyəsinin aşağı salınması - ($5,1 mln.), ekoloji menecment - ($1,4 miln.).

Nazirlikdən bildirilib ki, layihə üzrə bütün işlər tamamilə başa çatdırılıb və obyektlərin qəbulu üzrə sənədlər Dövlət Komissiyasına təqdim olunub.

Xəbər lenti

Xəbər lenti