...

Elçin Sultanov: Naxçıvan Muxtar Respublikası ərazisində "quş qripi" yayıla bilər

Cəmiyyət Materials 24 Oktyabr 2005 17:14 (UTC +04:00)

Naxçıvan MR ərazisində "quş qripi" yayıla bilər. Azərbaycan Ornitoloqlar Cəmiyyətinin sədri Elçin Sultanovun Trend ə bildirdiyi kimi, NMR-də 200 ördəyin qırılması faktı qeydə alınıb.

Onun sözlərinə görə, ərazidə "quş qripinin" yayılması faktını təsdiqləmək hələ tezdir, belə ki, hazırda analizlər heç bir nəticə verməyib. "Əgər "quş qripi" Türkiyədə yayılıbsa, o, Qafqaza da çata bilər. Yayılma faizi az da ola bilər, buna görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan monitorinqlərin heç bir nəticəsi olmayıb. Ördəklərin qırılması faktı hələlik NMR-in rəsmi orqanları tərəfindən təsdiqlənməsə də, baytarlıq xidməti analizlər götürüb", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti