...

Hökumətə "Korrupsiyaya qarşı mübarizə haqqında qanuna əlavə və təkliflər" layihəsi təqdim olunacaq

Cəmiyyət Materials 24 Oktyabr 2005 20:56 (UTC +04:00)

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və Korrupsiyaya Qarşı Mübarizə Fondu "Korrupsiyaya qarşı mübarizə haqqında qanuna əlavə və təkliflər" layihəsi hazırlayıb. Bu barədə Trend ə Fondun icraçı direktoru Vasif Mövsümov məlumat verib. O, bildirib ki, korrupsiyaya qarşı mübarizənin hüquqi müstəvidə aparılması üçün mükəmməl qanunvericilik bazasının yaradılmalıdır. Buna görə də Korrupsiyaya Qarşı Mübarizə Fondu tərəfindən "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunun müfəssəl təhlili aparılıb. Lakin təhlillər zamanı məlum olub ki, sözügedən qanun qəbul olunarkən vacib antikorrupsion normaların tətbiqi ilə bağlı çatışmamazlıqlara yol verilib. Bunun da nəticəsində qanunda ciddi boşluqlar əmələ gəlib. V.Mövsümovun sözlərinə görə, sözügedən təşkilatların ictimaiyyətə təqdim etdiyi "Korrupsiyaya qarşı mübarizə haqqında qanuna əlavə və təkliflər" layihəsi həmin boşluqları doldurmaq, korrupsiyaya qarşı mübarizə üçün səmərəli şərait yaratmaq və qanunun beynəlxalq hüquq normalarına uyğunlaşdırılması məqsədinə xidmət edir.

"Layihə hazırlanarkən, sözügedən qanunun 68¬-ci maddənin 12 bəndi olduğu kimi saxlanılıb, 18-nə dəyişikliklər edilib və 103 yeni maddə əlavə olunub. Bu layihəni bir neçə aylığa ictimai rəyin müzakirəsinə çıxardıqdan sonra sənədi dövlət orqanlarına göndərəcəyik"-deyə təşkilat rəhbəri bildirib. V.Mövsümov onu da deyib ki, Bakıdan başqa bölgələrdə də bu layüihənin ictimai müzakirəsi üçün silsilə tədbirlər keçirilir və sonuncu belə görüş oktyabrın 22-də Göyçayda keçirilib.

Xəbər lenti

Xəbər lenti