...

"Azərbaycan Respublikasında korrupsiya ilə mübarizə üzrə Qanun"un şərhinin təqdimatı keçirilib

Cəmiyyət Materials 25 Oktyabr 2005 14:34 (UTC +04:00)

Oktyabrın 25-də Bakı Biznes Mərkəzində Milli Məclisin deputatı, "Konstitusiya" tədqiqatlar fondunun prezidenti Əlməmməd Nuriyevin "Azərbaycan Respublikasında korrupsiya ilə mübarizə üzrə Qanun"un şərhi adlı kitabın təqdimatı keçirilib. Trend in məlumatına görə, təqdimat mərasimində çıxış edən Ə.Nuriyev Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Azərbaycan nümayəndə heyətinə və "Transparency International-Azerbaijan" təşkilatına fəal maliyyə dəstəyinə görə təşəkkürünü bildirib.

Müəllif qeyd edib ki, respublikanın rəhbərliyi tərəfindən korrupsiya ilə mübarizə "kəmiyyətcə qeyri-qənaətbəxş, keyfiyyətcə qeyri-bərabər"dir. O bu zaman beynəlxalq təcrübənin nəzərə alınmasının, eləcə də "eyni zaman kəsiyində kompleks tədbirlərin" görülməsini zəruri hesab edib.

Ə.Nuriyevin fikrincə, bu hal "respublikada dövlət və ictimai təhlükəsizliyi təhlükə altına alan ölçüyə və inkişafa çatdığına görə" Azərbaycanda korrupsiya ilə mübarizə aparmaq üçün əsaslı addımlar atmaq zərurirəti yaranıb.

Ə. Nuriyevin qeyd etdiiynə görə, "Azərbaycan Respublikasında korrupsiya ilə mübarizə üzrə Qanun"unun bəzi müddəalarının yenidən nəzərdən keçirilməsi vacibdir. Onun sözlərinə görə, burada beynəlxalq təşkilatlar və əcnəbi vətəndaşlar tərəfindən korrupsiya faktlarını aşkar edilməsi və aradan qaldırılması üçün hüquqi baza demək olar ki, nəzərdə tutulmayıb.

O da bildirilib ki, yuxarıda göstərilən qanunda qeyri-dəqiq "vəzifəli şəxsin qohumu" ifadəsi təcrübədə çox mühüm problemlər yarada bilər.

Tədbirdə parlamentin və "Development Gateway" Fondunun nümayəndələri, bəzi QHT, eləcə də yerli və xarici ekspertləri iştirak edib.

Xəbər lenti

Xəbər lenti