...

MDB üzvü dövlətlərinin mədəni əməkdaşlıq şurası iclasının vaxtı dəyişib

Cəmiyyət Materials 25 Oktyabr 2005 15:48 (UTC +04:00)

MDB üzvü dövlətlərinin mədəni əməkdaşlıq şurasının iclası 2006-cı ilin yanvarına keçirilib. İTAR-TASS- məlumatına istinadən Trend bildirir ki, Moskvada keçirilmiş yubiley iclasına 12 nazirdən yalnız ikisi gəlib: şuranın fəxri sədri Polad Bülbüloğlu (Azərbaycan) və Aleksandr Sokolov (Rusiya).

Polad Bülbüloğlu və Aleksandr Sokolov giriş sözü ilə çıxış etməli idi.İclas öncəsi məlum olub ki, respublikalar iclasa səfirliklərin müşavir dərəcəli əməkdaşlarını, eləcə də ikinci və üçüncü katibləri göndərib.İclasın oktyabrın 25-də keçirilməsi məqsədəuyğun hesab edilməyib. "Belə vəziyyət ölkələrin mədəniyyətə münasibətini nümayiş etdirir" -deyə sədr bildirib.

Şura "mədəni əməkdaşlıq sahəsində birgə elmi metodiki layihələr"i öyrənməli və "Birliyin əfsanələri" birgə uzunmüddətli əməkdaşlıq planını müzakirə etməlidir.

Xəbər lenti

Xəbər lenti