...

Azərbaycanın ağırlıqqaldırma üzrə yığması dünya çempionatında qazanılmış medalların sayını altıya çatdırıb

Cəmiyyət Materials 25 Oktyabr 2005 15:58 (UTC +04:00)

Azərbaycanın ağırlıqqaldırma üzrə yığması Almaniyanın Dessau şəhərində başa çatmış dünya çempionatında qazanılmış medalların sayını altıya çatdırıb. Trend ə məlum olduğu kimi, son gün yarışlarda Rüstəm Məmmədov (75 kq) və Bəxtiyar Quliyev (110 kq) fərqlənərək gümüş medal qazanıb.Yeganə zəif çıxış 125 kq çəki dərəcəsində Kamil Qafarovun çıxışı olub.O, yüksək göstərici nümayiş etdirə bilməyib. Amma bunsuz da komanda kifayət qədər zənginliyə nail olub - iki qızıl və dörd gümüş medal.

Yarışla paralel olaraq xüsusi referi seminarı da keçirilib. Burada milli Federasyianın prezidenti Ələddin Əliyev öz hakimlik dərəcəsini yüksəldib.

Xəbər lenti

Xəbər lenti