...

"AzerReyl"in baş məşqçisi Faiq Qarayev xəstəxanaya yerləşdirilib

Cəmiyyət Materials 25 Oktyabr 2005 19:30 (UTC +04:00)

Qadınlardan ibarət "AzerReyl" voleybol klubu qeyri-müəyyən müddətə baş məşqçisiz qalıb.

Trend ə məlum olub ki, komandanın məşqçisi Faiq Qarayevin çempionlar Liqasının növbəti oyunu ərəfəsində vəziyyəti pisləşib və xəstəxanaya yerləşdirilib.Oktyabrın 26-da onu əməliyyat gözləyir.Bununla bağlı olaraq Aleksandr Çervəkov baş məşqçi rolunu öz üzərinə götürüb.Voleybolçular onun rəhbərliyi altında Avropa kubokunun qrup mərhələsinin ikinci turunda "Pallavolo Sirio" komandasına qarşı oyuna çıxıb.

Hələlik F.Qarayevin vəziyyətinin nə qədər ağır olduğu məlum deyil.Amma o, yaxın oyunlarda "AzerReyl"ə başçılıq edə bilməyəcək.

Xəbər lenti

Xəbər lenti