...

Rimas Kurtinaytis: "Biz "Challenge Cup" kubokunun dörddə bir finalına çıxmaq niyyətindəyik"

Cəmiyyət Materials 26 Oktyabr 2005 11:25 (UTC +04:00)

"Biz qrupda qələbə qazanaraq "Challenge Cup" kubokunun dörddə bir finalına çıxmaq niyyətindəyik". Bu barədə Trend ə "Qala" komandasının baş məşqçisi Rimas Kurtinaytis "Ximik"ə qarşı ilk matç ərəfəsində bildirib.

Məşqçi etiraf edib ki, onun yetirmələri Permin "Ural-Qreyt" komandasının da daxil olduğu güclü yarımqrupda çıxış edəcək, lakin "Qala" öz oyunu ilə rəqiblərini heyrətləndirməyə çalışacaq. "Biz Litvada məhsuldar oyunlar keçirmişik və uşaqlar çox gözəl oyun əhval-ruhiyyəsindədirlər", - deyə R.Kurtinaytis qeyd edib.

Onun fikrincə, qarşıdakı görüş "Qala" üçün ikiqat ağır keçəcək. Çünki "Ximik" Avropa kubokunu "Ural-Qreyt" ə məğlubiyyətlə başladığından ikinci uğursuzluq ukraynalıları qrupda qələbə şansından məhrum edə bilər.

Xəbər lenti

Xəbər lenti