...

Faiq Qarayev çempionlar Liqasının üçüncü turunda da "AzərReyl"ə rəhbərlik edə bilməyəcək

Cəmiyyət Materials 26 Oktyabr 2005 15:21 (UTC +04:00)

Qadınlardan ibarət "AzərReyl" voleybol klubunun baş məşqçisi Faiq Qarayev çempionlar Liqasının qrup mərhələsinin Zaqrebin "Mladost" komandasına qarşı növbəti oyununda da rəhbərlik edə bilməyəcək.

Milli federasiyanın mətbuat katibi Zöhrab Gözəlbəyli Trend ə bəyan edib ki, F.Qarayev Moskvada əməliyat olunmalıdır. "Şübhəsiz ki, cərrahiyə əməliyyatından sonra onun vəziyyətinin bərpa olunması müəyyən vaxt aparacaq.Deməli, o Zaqrebə getməyəcək" -deyə Z.Gözəlbəyli vurğulayıb. O, həm də qeyd edib ki, baş məşqçinin bütün vəzifələrini hələlik Aleksandr Çervyakov icra edir və Avropa kubokunun ikinci turunda Bakıda "AzerReyl"i İtaliyanın "Pallavolo Sirio" komandasına qarşı oyuna da o çıxarıb.Ev sahibləri 3:2 hesabı ilə qalib gəlib.

Bu qələbə sayəsində "AzərReyl" "V" yarımqrupu liderləri sırasına daxil olub.Amma digər favorit - "Tenerife" ilə daha bir oyun vardır.

Xəbər lenti

Xəbər lenti